https://youtu.be/dpVQ9G81y0s

Modul məktəblərin sayı artıb

10 2018 13:07

Bugünə qədər ölkənin 40-dan çox rayonunda 100-ə yaxın modul tipli məktəb inşa olunub. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq Tərtərin Bayandur kəndində də layihənin icrası davam etdirilir. Rayon ərazisində qəzalı məktəb binalarının əsaslı təmiri və yenidən qurulması dövlət proqramına salınıb. Hazırda şagird kontingenti az olan daha bir kənddə də modul tipli məktəbin tikintisi davam etdirilir. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyir ki, modul tipli məktəblərin quraşdırılması mövcud tələbata uyğun olaraq aparılır. Nazirliyin şöbə müdirinin sözlərinə görə, 2017-ci ildə quraşdırılan bu məktəblərdə ümumilikdə 5 mindən çox şagird təhsil alır.