https://youtu.be/dpVQ9G81y0s

Bayramöncəsi reydlər

10 2018 13:09

Bayram günlərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə reydlərə start verilib. Ağsuda təşkil edilən reyd zamanı qaydaları pozan 25 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati qaydada tədbirlər görülüb. Reyd zamanı təhlükəziklik kəmərindən istifadə etməyənlərlə yanaşı, avtomobilində konstruksiya dəyişikliyi edən, ötmə əməliyyatın düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan və nəqliyyat vasitəsini dövlət nömrə nişanı görünməz vəziyyətdə idarə edən sürücülrə dayan əmri verildi. Arxa və yan şüşələrdə görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə edən sürücülərə də rast gəlindi. Yüklərin daşınması qaydasını pozan sürücülər də oldu. Yol hərəkəti qaydalarını bilməyərəkdən pozan sürücülər isə maarifləndirildi. Reydin məqsədinə gəlincə... Reyd zamanı saxlanılan 60-a yaxın avtonəqliyyat vasitəsindən 25-nin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib olundu. Bu cür reydlərin ilin sonuna kimi davamlı olaraq keçirilməsi nəzərdə tutulur.