https://youtu.be/dpVQ9G81y0s

Mütəxəssislər bunu faydalı hesab edir

10 2018 13:14

Təsərrüfatçılar əkin sahələrində yeni üsulun tətbiqinə başlayıblar. Xüsusi aqreqatla doğranan pambıq bitkisinin qalıqları torpağa qarışdırılır. Mütəxəssislər də bu üsulun effektli olduğunu bildirirlər. Ağcabədi rayonunun Şənlik kənd sakini Əli Muxtarov deyir ki, əvvəllər pambıq bitkisinin tarlalarda qalan çör-çöpləri sahələrdən kənara daşınırdı. Lakin indi həmin çöplər xüsusi aqreqat vasitəsilə doğranaraq torpağa qarışdırılır. Təsərrüfatçıalr bildirir ki, bu məhsuldarlığa müsbət təsir göstərəcək. Bitkiçilik sahəsi üzrə mütəxəssis Abbasəli Rüstəmov da fermerlərin bu üsulunu alqışlayır. Mütəxəssis deyir ki, fermerlərin tətbiq etdiyi bu qayda iqtisadi cəhətdən daha səmərəlidir. Çünki pambıq bitkisinin yerdə qalan artıqları üzvi gübrələrlə zəngindir.  Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə bu faydalı üsuldan istifadə edən fermerlərin sayı daha çox olacaq.