https://youtu.be/dpVQ9G81y0s

Südü niyə ucuz alırlar?

10 2018 13:16

Beyləqan rayonunda fermerlər südü satmaqda çətinliklə üzləşiblər. Məhsulu aşağı qiymətə satmaq məcburiyyətində qalıblar. Beyləqan rayonunun Qaradağlı kəndində heyvandarlıqla məşğul olan təsərrüfatçılar deyir ki, südü aşağı qiymətə satırlar. 1 litri 30-40 qəpiyə. Təsərrüfatçılara isə qazanc vasitəsi hesab etdikləri ağartını belə qiymətə satmaq sərf etmir. Təsərrüfatçılar deyir ki, lizinq yolu ilə əldə edilən cins heyvanların da südünə fərq qoyulmur. Elə həmin heyvanların da südü aşağı qiymətə alınır. Beyləqan rayon Kənd Təsərrüfatı İdarəsindən də fermerlərdən südün aşağı qiymətə alındığı bildirilir. İdarənin mütəxəssisi Aydın Əzimovun sözlərinə görə, hazırda rayon ərazisində 11 südtoplama məntəqəsi fəaliyyət göstərir. Mütəxəssis deyir ki, yem baha olduğundan südü aşağı qiymətə satmaq təsərrüfatçıya sərf etmir. Beyləqandakı südqəbulu məntəqələrindən birinin nümayəndəsi Elmin Abbasov bildirir ki, məhsul məntəqəyə süd toplayan vətəndaşlar tərəfindən təhvil verilir. Bu zaman onlara südün bir litrinə görə, yağlılıq dərəcəsinə uyğun olaraq 50-60 qəpik arası pul ödənilir.  Məntəqə nümayəndəsinin sözlərinə görə, fermerlər özləri təsərrüfatlarından əldə etdikləri südü qəbul yerlərinə təhvil verə bilərlər. Bu zaman onlar 40 qəpik yox, yağlılıq dərəcəsinə uyğun olaraq hər bir litr üçün 50-60 qəpik ala bilərlər.