https://youtu.be/dpVQ9G81y0s

Gənclər peşəkarlaşmaq üçün xaricə göndərilir

10 2018 13:22

Ölkədə turizm sahəsinin inkişafı istiqamətində atılan addımlar Azərbaycana turist axınını surətləndirib. Bu isə öz növbəsində  turizm sahəsində kadrlara ehtiyacı artırıb. Bu çatışmazlıq xüsusən də bölgələrdə hiss olunur. Bəs turizm sahəsi üzrə kadrlar necə hazırlanır?Ölkədə turizm sahəsinin inkişafı gənclərin turizm ixtisasına marağını artırır. Ölkə üzrə kadr hazırlığı isə 10 universitetdə, eləcə də kolleclərdə həyata keçirilir. Kadrların peşəkarlığının artırılması üçün tək ali təhsil  kifayət etmir. Tələbələr mübadilə proqramları hesabına xaricə yollanılır.  Kolleci yüksək qiymətlə başa vuran məzunların da 15-20%-i təcrübələrini artırırmaq üçün xaricə üz tuturlar. Bunun üçün isə xüsusi imtahan verməyə ehtiyac qalmır. 1-2 ilik mübadilə proqramları hətta iki diplom almağa imkan verir. Xaricdə təcrübə də öz effektini verir. Tələbənin xarici təcrübəni mənimsəməməsi, eləcə də ingilis dilini  yüksək səviyyədə bilməsi  işlə təmin olunmasını asanlaşdırır. Ancaq peşəkar kadrlara ehtiyac hələ də var.  Bunun nəticəsidir ki,  turizm zonalarında peşə liseyləri yaradılırTurizm Universitetinin dekanı Rəhman Səfərov deyir ki, dünyada  turist qəbulu baxımından mübarizə getdiyi üçün xarici ölkə universitetlərinin təcrübə, tədris proqramlarının araşdırılması mütləqdir.