https://youtu.be/dpVQ9G81y0s

Suvarmada yaranan çətinlik aradan qaldırılacaq

12 2018 13:02


Yevlaxın 4 kəndinin sakinləri buvaxta qədər əkin sahələrinin suvarılmasında çətinliklə üzləşiblər. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan beton novlarla axan su itkiyə gedirdi. Buna səbəb isə belə novların istismar müddətinin başa çatması olub. Lakin bu çətinliklər geridə qalacaq. Beton novların kanallarla əvəz olunması istiqamətində işlərə başlanılıb. Yeni beton kanalların inşası hazırda rayonun Yəldili, Salahlı, Tanrıqullar və Qaramanlı kəndləri ərazisində aparılır. Ümumi uzunluğu 14 kilometr olacaq kanalın 3 kilometrlik hissəsində artıq betonlama işləri başa çatdırılıb. Yeni kanallar suyun tam həcmdə və itkisiz şəkildə sahələrə çatdırılmasını təmi edəcək. Beton kanalların çəkilməsi ilə yanaşı hidrotexniki qurğular da inşa edilir. Ötən il rayon ərazisində 40 min hektar ərazinin suvarılması mümkün olduğu halda inşa işləri başa çatdıqdan sonra bu göstəricinin daha da artacağı bildirilir. Layihəyə əsasən görülən işlərin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.