https://youtu.be/dpVQ9G81y0s

Şəhidlərin xatirəsi!

12 2018 13:08


İmişli şəhərində kikboksinq idman növü üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir təşkil edilib. Yarışda yüksək yer tutan idmançılar mükafatlandırılıb. İmişli Olimpiya İdman Kompleksində uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən kikboksinq yarışına 12 rayon və şəhərdən idmançılar qatılıb. Yarışı izləyənlər arasında Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi Hakim Hacıyev də olub. Baş məşqçi bildirib ki, yarışda çıxış edən potensiallı idmançılar gələcəkdə yığmanın əsas heyətində yer alacaqlar. Yarış iştirakçıları da belə birinciliklərin təşkil olunmasının onların təcrübələrinin artmasına kömək etdiyni deyiblər. Final günündə qaliblər müəyyən edilib. Ümumi komanda hesabında İmişli komandası birinci yerə sahib çıxıb. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq Bakı və Sumqayıt kikboksinqçiləri qərar tutub. Qalib komandalar kubokla, idmançılar isə diplom və medallarla mükafatlandırılıb.