https://youtu.be/dpVQ9G81y0s

Çöl quşlarını bəsləyərək təbiətə qaytarır

12 2018 13:11

Kürdəmir sakini təsərrüfatında nadir çöl quşu növlərini bəsləyir. Əksəriyyəti xarici ölkələrdən gətirilən bu canlıların qiymətləri də növündən asılı olaraq artır. Kürdəmir sakini Aqil Verdiyev təsərrüfatında müxtəlif adlarda və xeyli sayda çöl quşları bəsləyir. Təsərrüfatda təkcə göyərçinin İran, Türkmənistan və Bakıdan gətirilən 30 növünə rast gəlmək mümkündür. Rayon sakini bəslədiyi nadir çöl quşu növləri də əsasən xarici ölkələrdən gətirilib. Arpa, buğda və qarğıdalı vasitəsilə qidalandırılan canlılar xüsusilə soyuqdan qorunur. Sayı getdikcə artan çöl quşlarının qiymətləri də yüksəkdir. Aqil Verdiyev deyir ki, təbiətin mühafizəsi məqsədilə hər il bəslədiyi qırqovullardan bir qismini qoruq ərazilərinə buraxır. O, bu işini gələcəkdə də davam etdirəcəyini bildirir.