https://youtu.be/dpVQ9G81y0s

Gənclərin bu sahəyə marağı artıb

12 2018 19:20

Heyvandarlığın inkişaf etdirilməsində baytarlara da etiyac yaranıb. Bu səbəbdən də baytarlıq sahəsinə maraq göstərənlərin sayı artıb. Onlar əsasən də gənclərdir. Bəzi gənclər kənd yerlərində yaşayaraq təsərrüfatla məşğul olduqlarından bu sahə üzrə fəaliyyət göstərməyi hədəfləyiblər. Beyləqan Peşə məktəbində fəaliyyət göstərən heyvanlara baytarlıq xidməti köməkçisi və süni mayalanma texniki kursunda 40-dan artıq gənc təhsil alır. Bu işlərin sirrini onlara 6 müəllim və təlim ustaları öyrədir. Peşə məktəbinin direktoru Nazim Məmmədovun sözlərinə görə, kursun peşəkar səviyyədə tədris olunmasında beynəlxalq təcrübə də əsas götürülür. Beyləqan, Ağdam, Ağcabədi, İmişli rayonlarından olan gənclər öyrəndikləri sahələr üzrə təcrübə kurslarına da cəlb olunurlar. Heyvandarlıq-südçülük kompleksində təcrübə keçirlər.