https://youtu.be/dpVQ9G81y0s

Cins heyvanlara maraq artıb

15 2018 16:55

Xaricdən gətirilən cins heyvanlar daha məhsuldardır. Lakin mütəxəssislər bildirir ki, cins tərkibi dəyişdirilən heyvanların da süd və ətvermə qabiliyyəti artıb. Mütəxəssislər yerli mal-qara ilə müqayisədə belə heyvanları daha məhsuldar hesab edirlər. Kürdəmirdə fermerlərin xaricdən gətirilən cins heyvanlara marağı artıb. Təsərrüfatçılar bildirir ki, belə iribuynuzlular daha məhsuldar olur. Ona görə təsərrüfatlarında cins heyvanları da bəsləmək niyyətindədirlər. Təsərrüfatçılar bildirir ki, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər Kürdəmirdə ət istehsalını artırıb. Süd istehsalında da artım qeydə alınıb. Mütəxəssislər isə bildirir ki, yerli heyvanların cins tərkibinin dəyişdirilməsi istiqamətində görülən işlər nəticəsində gələcəkdə xaricdən cins heyvanların gətirilməsinə ehtiyac qalmayacaq. Mütəxəssislər bildirir ki, cins tərkibi dəyişən təxminən 5 baş heyvan, bu saydan bir neçə dəfə çox yerli mal-qaranı əvəz etmək qabiliyyətindədir.