https://youtu.be/dpVQ9G81y0s

Fermerlər gübrələri güzəştli şərtlərlə almağa başlayıb

15 2018 20:09


Fermerlər əkin yerləri üçün nəzərdə tutulan gübrələri indidən almağa başlayıblar. Ağdaş rayon sakini Bəhman Şərifov güzəştli şərtlərlə aldığı gübrəni yazda taxıl bitkisinə verəcək. Gübrənin vaxtından tez alınmasına gəlincə isə... Təsərrüfatçılar əkin sahələri və bağlarda zərərvericilərə qarşı mübarizə aparmaq üçün kimyəvi maddələri də vaxtından əvvəl əldə edirlər. Fermerlər və təsərrüfat sahibləri dərman və gübrələri güzəştli şərtlərlə əldə edirlər. Əgər qara bazarda bir kisə azotun qiyməti 11-12 manatdırsa, bu aqrolizinqlərdə fermerlərə güzəştli şərtlə 9 manata satılır. Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümayəndəliyindən bildirildi ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan bütün dərman və gübrələr artıq rayonlardakı filiallara paylanılıb. Fermerlərə verilməsi üçün nəzərdə tutulan gübrə və dərmanların maya dəyərinin 70% dövlət hesabına ödənir. Məsələn, 600 manata başa gələn bir ton azot gübrəsinin 420 manatını dövlət, qalan 180 manatı isə təsərrüfatçı qarşılayır. 1 litrinin qiyməti 5 manat olan alaq otlarına qarşı dərmanın yalnız 1 manat 50 qəpiyini fermer ödəyir. Yerdə qalan 3 manat 50 qəpiyini dövlət qarşılayır.