https://youtu.be/dpVQ9G81y0s

Ağsuda şəhid Nemət Həmzəyev anılıb

15 2018 20:14


Şəhid Nemət Abuzər oğlu Həmzəyev 1970 ci ildə Ağsunun Rəhimli kəndində anadan olub. İlk təhsilini boya-başa çatdığı Rəhimli kənd orta məktəbində aldıqdan sonra ilk hərbi 1988-1990-cı illərdə Ukraynanın paytaxtı Kiyev şəhərində keçərək öz doğma kəndinə qayıdır. Ermənilərin ölkəmizə qarşı təcavüzünə dözməyən Nemət 1992-ci ilin fevralın könüllü olaraq ordu sıralarına daxil yollanır. Nemət Goranboy və Ağcabədi istiqamətində gedən döyüşlərdə 6 ay iştirak etdikdən sonra öz kəndinə qayıdır. 1993-cü ilin fevral ayında Ağsudan olan könüllülərin tərkibində yenidən cəbhəyə geri dönür. Füzuli rayonu ərazisində gedən döyüşlərə qatılır. Nemət Füzulinin 9 kəndinin işğalçılardan azad olunmasında iştirak edir. Lakin 1994-cü ildə qızğın döyüşlər zamanı düşmən snayperinin hədəfinə tuş gələrək qəhrəmancasına həlak olur. Şəhid Nemət Həmzəyev Ağsuda anadan olduğu Rəhimli kəndində dəfn edilir. Elə şəhidin məzarını ziyarət edən keçmiş döyüş yoldaşları, yaxınları və rayon ictimiayyətinin nümayəndələri də onun igidliyindən danışdılar. Şəhidin atası Abuzər Həmzəyev oğlunun qəhrəmanlığına verilən yüksək qiymət və diqqətdən razı qaldığını deyib.