https://youtu.be/dpVQ9G81y0s

Sarımsaq əkən fermerlər çətinliklə üzləşib

18 2018 12:16


Beyləqan rayonunun Qaradağlı və Yuxarı Çəmənli kənd sakinləri mənfəət götürmək üçün sarımsaq bitkisi əkiblər. Bitkinin becərilməsi və daha yüksək məhsuldarlıq əldə etmək üçün dərmanlardan istifadə edən təsərrüfatçılar gözlədiklərindən fərqli mənzərə ilə qarşılaşıblar. Dərman nəinki alaq otlarını hətta bitkinin özünü də sıradan çıxarıb. Təsərrüfatçılar bildirir ki, əkin sahəsinin dərman vurulmayan hissələrində bitkinin inkişafı davam edir. Dərmanı fermerlərə satan Elnur Hüseyov da məsələdən xəbərdardır. Deyir ki, dərmanın təsir etmə gücü bitkinin kiçik və böyüklüyünə görə dəyişir. Elnur Hüseynovun sözlərinə görə, dərman bitkinin kök sisteminə təsir etmir. Müəyyən müddətə bitkinin yarpaqları tökülür, sonra yenidən oyanış başlayır. Beyləqan rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mütəxəsislər də sahələrə baxış keçirib. Mərkəzin rəisi deyir ki, sahənin bir hissəsində mütəxəssislərin iştirakı ilə sınaq məqsədilə yenidən dərmanlama işi aparılıb. Nəticə isə müsbət olub. Beyləqan rayon Bitki Mühafizə Mərkəzindən sarımsaq bitkisinin məhv olmasına səbəb kimi fermerlərin sahələri mütəxəssis məsləhəti olmadan dərmanlaması ilə əlaqələndirirlər. Mütəxəssislər toxumun keyfiyyətsiz olmasından da şübhələnirlər.