Yağış faydalı oldu

18 2018 12:20


Mərkəzi Aran və Aran Qarabağ bölgəsinə bir neçə gündür yağan aramsız yağışlar kənd təsərrüfatında canlanma yaradıb. Ziyanvericilərin məhvi sürətlənib. Təsərrüfatçılar deyir ki, yağışlardan sonra kənd təsərrüfatı sahələrində bitkilərin inkişafı daha da sürətlənib. Əkin sahələrini sulamağa da ehtiyac qalmayıb. Mütəxəssislər bildirir ki, qış fəslində yağan yağışlar bağlardakı ağacların gövdələrində olan ziyanvericiləri də məhv edir. Tərtər rayon Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik sektorunun müdiri Bayram Əliyev də təsərrüfatçılar və mütəxəssislərin sözlərini təsdiq edir. Sektor müdiri bildirir ki, davamlı yağan yağışlar, torpaqda olan rütubətliyi artırıb. Bu da payızda əkilən bitkilər üçün xüsusilə faydalıdır. Mütəxəssislər onu da qeyd etdilər ki, yağışdan sonra torpaqda münbitlik artır. Mineral gübrələrin parçalanması tezləşir. Nəticədə minerallar bitki tərəfindən daha yaxşı mənimsənilir.