https://youtu.be/dpVQ9G81y0s

Emal sexlərinə ehtiyac yaranıb

20 2018 11:19


Ağdaşdakı çəltik əkən fermerlər əldə olunan düyünü xarici bazarlarda satmağa maraq göstərirlər. Fermerlər deyir ki, sahələrdən toplanan çəltiyin keyfiyyəti yüksək, ixrac potensialı isə daha böyükdür. Lakin məhsulun emalı üçün münbit şəraitin olmaması təsərrüfatçıların arzusunu gözündə qoyur. Emal sexlərinə tələbat duyan fermerlər çəltiyi köhnə üsullarla düyü halına salırlar. Bu isə məhsulun xarici bazarlara ixracı üçün kifayət etmir. Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsi də məsələdən xəbərdardır. İdarənin rəis əvəzi Elsevər Baxışov deyir ki, ötən il Ağdaşda 2454 hektar sahədə əkilən çəltikdən yüksək məhsul əldə olunsa da fermerləri narahat edən bir sıra məsələlər mövcuddur. İdarə rəisi bildirir ki, bu məsələnin həlli üçün artıq müəyyən işlərə başlanılıb. Bu iş öz həllini tapdığı təqdirdə xarici bazara yüksək keyfiyyətli və qiymətli məhsul çıxarmaq mümkün olacaq. Qeyd edək ki, Ağdaşda çəltiyin əsasən "Bezos" və "Ağ mirvari" sortları əkilir. Əldə olunan məhsul isə yalnız daxili bazarda satışa çıxarılır.