https://youtu.be/dpVQ9G81y0s

Bu qoyunların iqtisadi səmərəsi böyükdür

20 2018 11:21

Sabirabada ilk dəfə olaraq Ramanov cinsli olan qoyunlar gətirilib.Çəkisinə görə, yerli qoyunlardan fərqlənən Romanov cinsli heyvanlar Rusiyadan alınıb. Təsərrüfatına 20 başdan artıq qoyunla başlayan Nərimankənd sakini Ayaz Nəsirov qısa  müddətdə xeyli sayda bala əldə edib. Təsərrüfatçı deyir ki, bir baş qoyundan il ərzində 6-ya qədər bala almaq mümkündür. Balalarının baş sayı artsa da südünün yağlılıq faizi yüksək olduğundan bəslənməsi də asan olur. Romanov cinsləri müxtəlif xəstəliklərə qarşı daha dözümlüdür. Bu heyvanlar 40 dərəcə şaxta və istiyə davam gətirə bilir. Kənd təsərrüfatı mütəxəssisləri də Rusiyada geniş yayılan Romanov qoyunlarının iqtisadi cəhətdən səmərəli olduğunu deyir. Əsasən də ətlik istiqamətində fayda gətirə biləcəyini proqozlaşdırır. Romanov cinsli dişi qoyunların diri çəkisi 60-70 kiloqram, erkək heyvanlar isə 100 kiloqrama qədər arta bilir. Yerli heyvanlardan fərqli olaraq bu çəkinin 60 faizini ət təşkil edir. Ətinin yağsız olması isə xüsusilə əlverişli sayılır. Hazırda təsərrüfatçı damazlıq məqsədilə bəslədiyi heyvanların alınan quzuların satışını da aparır. Gələcək məqsəd isə bu heyvanların baş sayının artırılmasıdır.