Siçanabənzər gəmiricilər yenidən aktivləşib

20 2018 16:56


Qış mövsümü olmasına baxmayaraq havaların mülayim keçməsi ziyanvericilərin çoxalması üçün əlverişli mühit yaradıb. Təmas xəttinə yaxın ərazilərdəki əkin sahələrində siçanabənzər zərərvericilərə daha çox rast gəlinir. Fermerlər deyir ki, siçanabənzərlər yeni yuvalarını da yaradıblar. Mütəxəssislər ziyanvericilərin təmas xəttinə yaxın ərazilərdə daha çox müşahidə olunmasını təsadüfi hal hesab etmir. Buna səbəb ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində zərərvericilərin geniş yayılmasıdır. İndi siçanabənzər gəmiricilər əsasən yonca sahələrində müşahidə olunur. Elə buna görə də Ağdam və Ağcabədidə yonca sahələrində rast gəlinən ziyanvericilərin taxıl əkilən ərazilərə də nüfuz etməsinin qarşısını almaq məqsədilə mübarizə tədbirlərinə başlanılıb. Əkin sahələri dərmanlanır. Ağdam və Ağcabədi Rayon Bitki Mühafizə Mərkəzlərindən  fermerləri əmin edirlər ki, siçanabənzər gəmiricilərin taxıl sahələrinə keçmə təhlükəsi yoxdur.