https://youtu.be/dpVQ9G81y0s

Qarayara xəstəliyi...

20 2018 17:01

Kürdəmir rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirovun sözlərinə görə heyvanlar arasında proflaktik tədbirlərin mütəmadi olaraq aparılmasının əsas məqsədi baş verə biləcək xəstəliklərin qarşısını öncədən almaqdır. Fermerlər də təsərrüfatlarında vaksinasiya və dezinfeksiya işlərinin vaxtında aparılmasını vacib hesab edirlər. Baytarlar ev quşlarınının qapalı şəraitdə bəslənilməsini məsləhət görür. Kürdəmir rayon baytarlıq idarəsi tərəfindən bu istiqamətdə də müvafiq tədbirləır həyata keçirilir. İdarə rəisinin sözlərinə görə profilaktik tədbirlər zamanı preparatlardan istifadədə şəffaflığın təmin edilməsi qorunub saxlanılır. Sahə baytar məntəqələrinə paylanılan üzərində “satıla bilməz” yazılan vaksinlərin istifadə olunduqdan sonra boş qabları yığılaraq baytarlıq idarəsinə təhvil verilir. İdarədən o da bildirildi ki, bu il rayon ərzisində 60 min baş iribuynuzlu, 133 min xırdabuynuzlu, 9 yüz təkdırnaqlı, 5 min it, 170 donuz və 600 min ev quşu arasında baytarlıq tədbirlərinin aparılması nəzərdə tutulub.