İnsan səhhəti üçün təhlükəli ət...

20 2018 17:08


     Ağsuda mənşəyi məlum olmayan bir ton heyvan əti aşkarlanıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində    keçirilən reyd zamanı Cəbrayıl rayon sakininin idarə etdiyi avtomobilə baxış olub. Bu zaman Cəbrayıl sakini Ədalət Kərimovun idarə etdiyi “UAZ” yük avtomobili ilə mənşəyi məlum olmayan, qida üçün yararsız və qanunsuz olaraq satış üçün bir yerdən başqa yerə heyvan əti apardığı müəyyənləşdirilib. Ağsu rayon Baytarlıq İdarəsinin əməkdaşları ətə baxış  keçiriblər. Mütəxəssislər də ətin yarasız olduğunu təsdiq ediblər. Müayinə olunması üçün istifadəyə yararsız ətdən nümunələr də götürülüb. Araşdırmalar nəticəsində ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.