https://youtu.be/dpVQ9G81y0s

Heç kim unudulmur, heç nə yaddan çıxmır

20 2018 17:20


Şəhidlərimiz bizim qürur məbəyimizdir. Axı, onlar vətən üçün, bizim üçün şəhid olublar. 20 Yanvar faciəsi tariximizdə elə bir iz qoyub ki, min illər ötsə də hər zaman bügünkü kimi anılacaq. Azadlığına qovuşmaq və müstəqil dövlətinin olmasını istəyən insanlara qarşı keçmiş sovet ordusunun həyata keçirdiyi qətliam əsl vəhşilik idi. Bu əslində bəşəriyyətə, humanizmə və insanlığa qarşı yönəlmiş ən böyük terror aktıdır. Şəhidlik vətənə olan sevginin ən uca zirvəsidir. 20 Yanvarda canlarını vətən yolunda fəda edənlər şəhidlik zirvəsini fəth edənlərdir. Tökülən hər damla qanda xalqımızın qüdrəti, qəhrəmanlığı, azadlıq müstəqillik arzusu var idi. Əlisilahsız insanlar çəkinmdən böyük bir ordunun qarşısına çıxdı. Çünki onlarda bir məqsəd var idi, vətənimiz Azərbaycanı azad görmək. Vətənə olan eşq onları daha mübariz edirdi. Hər şey şahidlərin gözü önündə baş verirdi. Xalqımız hər il olduğu kimi qəhrəman vətən oğullarının əziz xatirəsinə olan ehtiramlarını bildirir. Müstəqil olmağımız üçün canını əsirgəməyənlərin hər zaman yaddaşlarında qalacağını göstərməyə çalışır. Bu gün Azərbaycan müstəqil dövlətdir. Özünün yaxın-uzaq keçmişinə, uğrunda canından keçən igidlərinə yüksək qiymət verən xalqımız var, həmişə də var olacaq.