https://youtu.be/dpVQ9G81y0s

Faciə onu təsirləndirib

20 2018 17:24

1990-cı ilin Qanlı Yanvar gecəsində xalqımıza qarşı törədilən xüsusi qəddarlıq qan yaddaşımıza əbədi həkk olunub. Keçmiş sovet ordusunun tərkibində Bakıda törədilən qətliamın əsas iştirakçısı olan ermənilərin vəhşiliyi hər kəsin nifrət hissini daha da artırıb. Eyni zamanda Azərbaycan qadınlarında. Düşməndən qisas almaq üçün Qarabağda gedən döyüşlərdə iştirak edən belə igid qadınlarımızın sayı kifayət qədərdir. 1990-cı il yanvarın 19-nan 20-nə keçən baş verən faciədən təsirlənən Aygün Tahirova könüllü olaraq 1992-ci ildə cəbhəyə yollanır. O, müxtəlif batalyonların tərkibində Qarabağda döyüşlərdə iştirak edir. Keçmiş döyüşçü qadın Tərtər, Ağdərə istiqamətində məharətlə vuruşur. Mingəçevirdə dünyaya göz açan Aygün Tahirova deyir ki, döyüşlər zamanı başından güllə yarası aldıqdan sonra Qaradağdakı hospitalda müalicə alır. Lakin cəsur döyüşçü yenidən ayağa qalxaraq ordu sıralarına qayıdır. Yaddaşında yaranan müəyyən problemlər də çox keçmir ki, aradan qalxır. Aygün Tahirova hər ilin bu günü Mingəçevir Şəhidlər Xiyabanında onunla çiyin çiyinə vuruşan döyüş yoldaşlarının məzarını ziyarət edir. İndi onun bir arzusu var. Ali Baş Komandanın əmri olarsa, vətən uğrunda yenidən vuruşaraq mənfur ermənilərdən qisas almaq!