https://youtu.be/dpVQ9G81y0s

Taxıla çilə suyu verilib

23 2018 13:10

İmişli rayonunda 18 min hektardan çox ərazidə taxıl əkilib. Bitkinin çıxışı da başa çatıb. İndi təsərrüfatçılar taxıla çilə suyunun vurulması ilə məşğuldur. Ötən illə müqayisədə əkini genişləndirilən taxıl sahələrindən yüksək məhsuldarlıq da gözlənilir. Hazırda taxıl sahələrinin suvarılması ən vacib məsələ sayılır. Fermerlər bildirir ki, taxıl bitkisi yağış suyu hesabına çıxış aldığından inidiki vəziyyətdə suvarılması mütləqdir. Əks halda kök sistemi bir müddətdən sonra zədələnə bilər. Mütəxəssislər də belə deyir. Taxıl əkilən sahələrin indiki halda suvarılması həm də ziyanvericilərin qarşısının alınmasına kömək edir. Fermerlər deyir ki, hazırda əkin sahələrinə vurulan çilə suyu gələcəkdə yüksək məhsuldarlığa təminat verir. Bir müddətdən sonra bitki daha süərətlə inkişaf edəcək. İmişli rayon Kənd Təssrüfatı İdarəsindən bildirlir ki, taxıl bitkisinə  vegetasiya dövrünə uyğun olaraq lazımi aqrotexniki qulluq göstərilib. Hazırda da bu iş davam etdirilir.İdarənin sektor müdirinin sözlərinə görə, bu ilin məhsulu üçün İmişlidə 18757 hektar sahədə taxıl əkini aparılıb. Bu da 2017-cı ilin məhsulu üçün əkiləndən 1580 hektar artıqdır. Buğda əkilən sahələrin ərazisi daha böyükdür.