Quş ətinə olan tələbat...

24 2018 12:53


Ölkəmizdə ev quşlarının sayında artım müşahidə olunur. Bölgələrdəki fabriklər də quş ətinə olan tələbatın ödənilməsində mühüm rol oynayır. Sahibkarlar istehsalın daha da artrılması barədə düşünürlər. Ağsudakı quşçuluq fabrikində bəslənilən ev quşları əsasən daxili bazarın tələbatının ödənilməsinə istiqamətlənib. İstehsal olunan məhsul Bakı, Gəncə şəhərlərinə eləcə də, Sabirabad, Şəmkir və digər rayonlara satış üçün göndərilir. 32-35 gün ərzində quşlar artıq satış halına gəlir. Fabrikin icraçı direktorunun sözlərinə görə, hazırda quşların sayında artım nəzərə çarpır. Cücələr fabrikə əsasən kənar rayonlardan alınıb gətirilir. Lakin gələcəkdə müsəssisədə istehsal sexlərinin artırılması və genişləndirmə tədbirlərinin görülməsi də nəzərdə tutulur. Hər sexində 12 min baş ev quşunun bəslənildiyi fabrikdə say artımı daha çox olarsa, xaricə ixrac da mümkün olar. Quşların müxtəlif xəsətliklərə qarşı vaksinlənməsi də həyata keçirilir. Bu işlə sahə baytar həkimi məşğul olur. Lakin yemin baha olması müəyyən çətinliklər yaradır. Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, hazırda fəaliyyət göstərən 3 quşçuluq fabrikində ümumilikdə 350 minə yaxın ev quşu qapalı şəraitdə bəslənilir. İdarə rəisinin sözlərinə görə, həmin təsərrüfatlara nəzarət olunur. İdarə rəisinin sözlərinə görə, hazırda rayon ərazisində quşlar arasında hər hansı xəsətəliyə rast gəlinmir.