https://youtu.be/dpVQ9G81y0s

Bu vaksinlər satıla bilməz

26 2018 12:18


Heyvanları vaksinlənməsi üçün nəzərdə tutulan, üzərində “satıla bilməz” sözləri yazılan biopreparatlara nəzarət olunur. Əgər belə dərmanların hər hansı bir aptekdə satışı aşkarlanarsa ciddi tədbirlər görüləcək. Ağsudakı təsərrüfatlarda bəslənilən iribuynuzlu heyvanlar qarayara, itlər isə quduzluq xəstəliklərinə qarşı üzərində satıla bilməz sözləri yazılan preparatlarla peyvəndlənir. Brusellyoz  xəstəliyinə qarşı mal-qaradan qan nümunələri götürülür. Biopreparatların istifadə edildiyinə tam əmin olmaq üçün onların boş qabları rayon baytarlıq idarəsində toplanılaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinə göndərilir. Ağsu rayon baytarlıq idarəsindən verilən məlumata görə 78 kənddə görülən tədbirlər nəticəsində təhlükəli xəstəliyə rast gəlinməyib. Təsərrüfatçılar da belə deyir. Bildirək ki, il ərzində Ağsu rayonu ərazisində bəslənilən 38 min 262 baş iribuynuzlu, 138 min 869  baş xırdabuynuzlu, 1014 baş təkdırnaqlı heyvanlara, ev quşlarına və itlərə baytarlıq xidməti göstərilir.