Tullantılar təkrar emala göndərilir

26 2018 12:23


Artıq məişət tullantıları poliqonlarda toplanıb qalmayacaq. Mingəçevirdə məişət tullantılarını toplama məntəqəsinin fəaliyyət göstərməsi müəyyən çətinlikləri aradan qaldıracaq. Tullantıların təkrar emala göndərilməsinə başlanılıb. Artıq məişət tullantıları poliqonlarında toplanıb qalan tullantılar yığılaraq Mingəçevirdəki toplama məntəqəsinə təhvil verilir. Bu işi vətəndaşlar elə özləri həyata keçirirlər. Toplanan məhsullar çeşidlənməsi üçün qəbul məntəqəsinə aparılır. Tullantılar çeşidləndikdən sonra presləmə anbarına daşınır. Toplama məntəqəsindən bildirilir ki, əvvəllər plastik məhsulların hazırlanması üçün xammal xaricdən gətirilirdi. Lakin poliqondan yığılan plastik tullantılar hesabına indi bu xammalın yalnız 50 faizi kənardan alınır. Tullantılar Sumqayıtdakı Məişət Tullantılarının Təkrar Emalı zavoduna göndərilir. Həmin tullantılardan yenidən müxtəlif məhsullar hazırlanır. Qeyd edək ki, toplama məntəqəsinə təhvil verilən məişət tullantılarının çeşidinə görə hər bir kiloqram üçün vəsait ödənir. Ətraf rayonlardakı poliqonlardan yığılan çeşidlənmiş tullantılar da Mingəçevirdəki məntəqəyə təhvil verilə bilər.