https://youtu.be/dpVQ9G81y0s

İşçilər hüquqlarını bilirmi?

26 2018 12:40


İşçilərin Əmək Məcəlləsinə uyğun olaraq öz hüquqlarını bilməsi vacibdir. Belə olan halda onlar öz hquqlarını müdafiə edə bilərlər. Mütəxəssislər də bunu vecib hesab edirlər. Şəfa Hüseynova 11 ildir Yevlaxdakı müəssisələrdən birində dərilərin boyanması üzrə usta köməkçisi kimi çalışır. İşindən razı qalsa da işçi kimi hansı hüquqlara malik olması barədə az məlumatlıdır. Bəzən işçilərin əmək qanunvericiliyi haqqında bilgilərinin yetərincə olmaması müəyyən hüquq pozuntularına gətirib çıxarır. İşçilər isə əmək məcəlləsinin tələblərini dərindən bilmədiklərinə görə öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Artıq Dövlət Əmək Müfəttişliyi qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində işlərə start verib. Məqsəd işəgötürənlərlə işçilər arasında əmək qanunvericiliyinin tətbiqi zamanı yaranan neqativ halların aradan qaldırılması, vətəndaşların əmək hüquqları barəsində bilgilərini artırmaqdır. 8 saylı region üzrə Dövlət Əmək Müffətişliyiyinin rəisi Alik Mollayev deyir ki, aparılan maarifləndirmə işləri vətəndaşların, xüsusilə də qadınların əmək hüquqlarını bilmələri və onların tətbiq olunmasında şəffaflığın yaranmasına gətirib çıxaracaq. Əmək qanunvericiliyinin təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin Yevlaxla yanaşı, Naftalan, Goranboy rayonları və Mingəçevir şəhərində də aparılması planlaşdırılır.