Tikinti bazarında alıcıların sayı azalıb

26 2018 18:23


Bəzi materialların qiyməti ensə də bunun bazara alıcı axınına təsiri olmayıb. Sahibkarlar vəziyyətin hələ aprel ayına qədər davam edəcəyi qənaətindədir. Bərdədə tikinti materiallarının satış bazarında durğunluq hökm sürür. Satıcılar deyir ki, bir çox tikinti materiallarının qiyməti enib. Enmə taxtanın kubunda 20-25 manat, mişar daşında isə bir neçə qəpik nəzərə çarpır. Amma ucuzlaşma olmasına baxmayaraq satıcılar alıcı sarıdan çətinlik çəkdiklərini bildirir. Bəzi materialların qiymətindəki enmə alıcıların ürəyincədir. Bahalaşan materiallar da var. Satıcıların sözlərinə görə, qiyməti qalxan yalnız metal materiallardır. Bir tonunda 40-50 manat artım var. Metal qapı və darvazaların qiyməti yüksək olduğundan yalnız sifariş əsasında hazırlanır. Sahibkarlar alıcı qıtlığı ilə bağlı yaranan vəziyyəti mövsümlə əlaqələndirir. Bu durumun hələ bir müddət davam edəcəyini deyirlər. Sahibkarlar bildirir ki, alıcı axınının azalmasına qiymətlərin tez-tez enib-qalxması amili də səbəb olur.