https://youtu.be/dpVQ9G81y0s

Modul məktəblərin quraşdırılması davam etdiriləcək

27 2018 15:00


Ağdaş rayonunun kəndlərində yeni modul məktəblər inşa olunub. Binası qəzalı vəziyyətdə olan digər tədris müəssisələrinin yerində də belə məktəblər quraşdırılacaq. Əsası 1968-ci ildə qoyulan Ağdaş rayonunun Zeynəddin kənd ümumi orta məktəbində eyni zamanda Tatlar və Yeniarx kəndlərindən gələn uşaqlar da təhsil alıb. Cəmi 7 sinif otağından ibarət olan məktəbdə ümumilikdə 80 şagirdin təhsil alması mümkün olub. Lakin məktəb binasının köhnə olması burada tədrisin yüksək səviyyədə aparılmasına maneə yaradıb. Lakin həm valideynləri, həm də şagirdləri narahat edən məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Zeynəddin kəndində modul tipli yeni məktəb quraşdırılır. Məktəbin direktoru Dilbər Rəsulovanın sözlərinə görə, modul məktəb hazır olduqdan sonra dərslər daha növbəlilik əsasında keçirilməyəcək. Ağdaş rayon Təhsil Şöbəsindən bildirildi ki, rayon ərazisindəki qəzalı vəziyyətdə olan 5 məktəb binasının əvəzində 5 modul tipli məktəb quraşdırılıb. Təhsil şöbəsindən o da deyildi ki, gələcəkdə ehtiyac yaranan digər yaşayış məntəqələrində də modul tipli məktəblərin quraşdırılması işi davam etdiriləcəık.