https://youtu.be/dpVQ9G81y0s

Gömrük ödənişləri zamanı iş adamlarına güzəştlər edilir

27 2018 20:40


Beyləqandakı Xudafərin gömrük idarəsində sahibkarlar, Dövlət Fitosanitar nəzarəti və Dövlət baytarlıq nəzarəti xidmətinin əməkdaşları və gömürük işçilərinin iştirakı ilə keçirilən görüşdə xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması məsələləri müzakirə olundu. Sahibkarlar bildirdi ki, gömrük ödənişləri zamanı iş adamalarına güzəştlər tətbiq edilir və keyfiyyətli elektron görmük xidmətləri göstərilir. İqtisadi maraqların qorunması ilə yanaşı ticarət dövriyyəsi sürətləndirilir. Sahibkarlar dedi ki, ölkəmizdə innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün gömrük sistemində qanunvericilik təkmilləşdirilib. Vahid pəncərə prinsipi tətbiq edilib. İş adamları xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəkləndiyini yüksək dəyərləndiriblər. Bu məqsədlə sahibkarların düzgün istiqamətləndirildiyini qeyd ediblər.