https://youtu.be/dpVQ9G81y0s

Yağış çayın səviyyəsinə təsir göstərməyib

29 2018 20:15


Yevlax rayonunun Qaraoğlan kənd sakinlərini narahat edən məsələ Kür çayında suyun səviyyəsinin aşağı düşməsidir. Kənd sakinləri deyir ki, son günlər yağan aramsız yağışlar da çayda suyun səviyyəsinin qalxmasına təsir etməyib. Mingəçevir ixtisaslaşdırılmış, göl stansiyasının rəisi Vaqif Məmmədov narahatlığa əsas görmür. Stansiya rəsinin sözlərinə görə, çayda suyun azalması normal hal sayılır. Hazırkı səviyyə qış mövsümünə uyğun hesab edilir. Hazırda Kür çayının Mingəçevirdən Zərdaba qədər olan hissəsindən saniyədə 120-130 kub su keçir. Kürün suyunu tənzimləyən Mingəçevir su anbarında da durum sabitdir. Stansiyanın rəisi bildirir ki, Mingəçevir su anbarı və çaylarda suyun səviyyəsi gün ərzində 2 dəfə ölçülərək daimi nəzarətdə saxlanılır.