https://youtu.be/dpVQ9G81y0s

Cins heyvanlar tələf oldu

29 2018 20:18


Cins heyvanlar arasında ölüm halı qeydə alınıb. Tələfata səbəb kimi ilkin ehtimallar irəli sürülsə də daha dəqiqi laborator analizlərin nəticəsindən sonra məlum olacaq. Cəbrayıl rayon sakininə məxsus fərdi təsərrüfatdakı cins heyvanlardan 6 başı son 20 gündə ard-arda tələf olub. 4 Saylı Cəbrayıl rayon Məcburi Köçkün qəsəbəsində yaşayan Alim Cavadov deyir ki, iribuynuzlu heyvanların öncə ayaqları tutulub. Daha sonra yemdən də imtina edib. Fermerin sözlərinə görə, heyvanların tələf olmasına zəhərlənmə ilkin səbəb kimi göstərilib. Təsərrüfatçı heyvanların sağ qalması üçün lazım olan vaksini gətirmək məqsədilə Türkiyənin İzmir şəhərinə yollanıb.  Paytaxtdan gələn mütəxəssislər də Alim Cavadovun təsərrüfatında olublar. Ölümün dəqiq səbəninin müəyyənləşdirilməsi üçün heyvanların bəsləndiyi yem məhsullarından eləcə də sağlam və tələf olan heyvanlardan qan nüminələri götürülərək laborator müayinəyə göndərilib. Baytarların fikrincə xəstəliyin digər heyvanlara keçmə təhlükəsi yoxdur. Sağ qalan heyvanlar hazırda nəzarətdə saxlanılır.  Cəbrayıl rayon Baytarlıq İdarəsindən verilən məlumata görə nəzarət olunan digər ərazilərdə heyvanlar arasında belə bir xəstəliyə rast gəlinmir.