Gimnastika üzrə təlimlər keçirilib

29 2018 20:23


 

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində gimnastika idman növü üzrə “Masterklass” proqramı üzrə təlimlər keçirilib. Təlimlərin başqa bölgələrdə də keçirilməsi nəzərdə tutulub. Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində müəllim, hakim və gimnastlar üçün keçirilən masterklass təlimlərini milli komandamızın keçmiş üzvləri Səbinə Qaratova və Səbina Abbasova aparıblar. Təlimlərə 20 nəfərlik müəllim heyəti ilə birlikdə 120-ə yaxın yeniyetmə və gənc gimnast qatılıb. “Masterklass” lahiyəsinin keçirilməsində əsas məqsəd bölgələrdə gimnastikanın inkişafı və onların proqraşdırılmasıdır. Qeyd edək ki, “Masterklass” lahiyəsinin növbəti aylarda Kürdəmir və İsmayıllı rayonlarında da keçirilməsi planlaşdırılıb.