Pulları muzeyə vermək barədə düşünmür

31 2018 14:13


Mingəçevir şəhər sakini Almaz Məmmədova 20 ildən artıqdır 40 dövlətin kağız və dəmir pullarını toplayıb saxlayıb. Tarix fənnini tədris edən Almaz Məmmədovanın topladığı kolleksiyalar 20-ci əsrə aiddir. Onların içərisində Azərbaycanla yanaşı Avropa, Asiya, Amerika və Afrika ölkələrinin pullarına rast gəlinir. Almaz müəllim şagirdlərinə hansı dövlətin tarixindən danışırsa, əyani vəsait kimi həmin dövlətə məxsus qədim pulları da onlara göstərir. Kolleksiyasının sayını artırmaqda qohum-əqrabası, dost-tanışı, hətta şagirdlərindən belə dəstək alan müəllim topladığı qədim pulları hələ ki, muzeyə təhvil vermək barədə düşünmür. Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev isə belə sikkələrin muzeylərdə saxlanılmasını daha məqsəduyğun hesab edir. Hazırda 50-ə yaxın qədim kağız və dəmir pulların  qorunub saxlanıldığı muzeydəki belə əşyaların sayını artırmağa ehtiyacın olduğunu bildirir. Bildirək ki, Mingəçevirdə Almaz Məmmədova kimi qədim pul və sikkələri toplayan insanlar kifayət saydadır.