https://youtu.be/dpVQ9G81y0s

Keçi ətinə tələbat artıb

31 2018 14:21

Yevlax sakini Samir Şərifov bildirir ki, digər ev heyvanları ilə müqayisədə keçinin ətindən daha çox istifadə edir. Onun keçi ətinə üstünlük verməsi səbəbsiz deyil. Faydasının daha çox olduğunu düşünərək bu addımı atır. Deyir ki, indi qidasında keçi ətinin payı artıq olan insanların sayı daha çoxdur. Qəssablar da keçi ətinə tələbatın artdığını təsdiqləyir. Əvvəllər bir kiloqramı 7-8 manata təklif olunan keçi əti indi bir az bahalaşıb da. Amma ətinin satışında alıcı problemi yaşanmır. Asanlıqla satılır. Yaranan tələbat təsərrüfatlara da səs salıb. Uzun müddətdir keçi bəsləməklə məşğul olan Seymur dayı deyir ki, keçilər ətlik məqsədilə yetişdirilən quzulardan baha olsa da diri şəkildə də kifayət qədər alıcısı var.  Həkimlər deyir ki, tibbi ədəbiyyatlarda keçi ətindən danışılmır. Amma bu heyvanın əti yağsız olduğuna görə, insan səhhəti üçün zərərli sayılmır. Qeyd edək ki, keçi ətinə olan maraq fonunda fermerlər daha çox mənfəət əldə etmək üçün təsərrüfatlarındakı bu heyvanların baş sayını artırmaq barədə indi bir az da çox düşünürlər.