Dəri xaricə satılır

31 2018 14:26


Dərinin xarici bazarların tələbinə uyğun emal olunmasına diqqət daha da artırılıb. Ölkəmizdə bu işlə məşğul olan müəssisələr daha keyfiyyətli məhsullara sahib olmaqla ən yeni bazarlara çıxmağı planlaşdırırlar. Yevlaxda emal olunan dəri xarici bazarlara göndərilir. Müəssisənin texnoloqu Vüsal Məmmədov deyir ki, emal üçün nəzərdə tutulan xammal bölgələrdəki yerli təsərrüfatçılardan alınır. Kimyəvi maddələr isə ölkə xaricindən gətirilir.  Məhsul Avropa bazarlarının tələbinə uyğun olaraq istehsal edilir. Avropa standartları istehsal prosesində əsas götürülür. Qarşıda duran əsas hədəflər istehsal gücünü artıraraq daha keyfiyyətli məhsullar əldə etməklə yeni bazarlara çıxmaqdır.