Gələcəkdə xalçaçılıq üzrə ustalarımız daha çox olacaq

01 2018 15:21

Artıq Gənc qızlar bu sahənin öyrənilməsinə xüsusi maraq göstərməyə başlayıblar. Onlar bu sənəti gələcəyə aparan daşıyıcılar olacaq. Ağdam rayon sakini Lamiyə Əmrahova kimi xalçaçılıq sənətinin sirrlərini dərindən öyrənməyə maraq göstərənlər indi daha çoxdur. Ətraf rayonlardan Ağdama gələn qızlara da 2 saylı peşə məktəbində kilim, palaz və xalça toxumaq qaydaları öyrədilir. Xüsusi dəzgahlarla işləyən gənclər Qarabağ, “Quba” və “Naxçıvan” çeşnilərini öyrənməklə həm də ən qədim naxışları qoruyub saxlayan ustalar kimi yetişəcək. Elə əsas məqəd də budur. Lakin xalçaçılıqda tətbiq olunan yeni toxunuş üsullarını da bilmək vacib hesab edilir.  Peşə Məktəbinin direktoru deyir ki, hazırda bu sənəti öyrənənlərin sayəsində gələcəkdə xalçaçılıq üzrə mütəxəssislərin sayı daha da artacaq. Xalçaçılıq kursunu başa vuran gənc qızlar sexlərdə çalışmaqla yanaşı həm də fərdi şəkildə fəaliyyət göstərə bilərlər. Qeyd edək ki, hər il 20 nəfərə yaxın gənc qız xalçaçılıq kursunun məzunu olur.