Südlük istiqamətli dəvəçiliyə maraq çoxalıb

02 2018 19:42


Sabirabadda Dramerq cinsli 29 baş südlük dəvə bəslənilir. Təsərrüfatçı bildirir ki, bu cinsə aid ikiürgüclü dəvələrin saxlanılması daha asanlıqla başa gəlir. Mütəxəssislər bildirir ki, bu cins dəvələrdə böyümə prosesi digərlərinə nisbətən sürətlə gedir. İldə bir bala vermək qabiliyyətinə malikdir. Adi otlaq şəraitində bəslənən 3-4 yaşlı dəvələrdən 450-500 kiloqrama qədər ət götürmək mümkündür. 6-7 yaşlarına qədər boy və çəki artımı davam edən Dramerqlərdən  bir sağım dövrü ərzində 1600-1700 kiloqram həcmində süd, ildə isə 8-10 kiloqram yun alınır. Südü vitaminlərlə daha çox zəngindir. İstiyə və soyuğa qarşı çox dözümlü olan dramerq cinsli dəvələrin xəstəliklərə yoluxma riski digər heyvanlara nisbətən azdır. Satış qiyməti olduqca yüksək olan bu heyvanların həm özünün, həm də məhsullarının alıcısı da kifayət qədərdir. Bildirək ki, ölkəmizdə ikiürgücli dəvələrdən südlük cins Dramerqlərlə yanaşı, ətlik istiqamətli bakteryanlar da bəslənilir.