https://youtu.be/dpVQ9G81y0s

Pomidor əkilən istixana komplekslərinin sayı artırılır

02 2018 19:45


Sahibkaların istixanaların sayını artırmağa meyili ötən il ölkəmizdən xaricə pomidorun daha çox ixrac edilməsindən sonra formalaşıb.   Amma sahibkarlar deyir ki, ixracı artırmaq da mümkündür. Bu isə sahibkarlara əlavə dəstək hesabına baş tuta bilər. Qeyd edək ki, hazırda da istixanlarda qızğın iş gedir. Bir müddət öncə əkilən şitillər artıq 3-cü barını verir. Kolların üzərində kifayət qədər məhsul da var. İstixanalarda çiçəklərin mayalandırılması üçün arılardan da istifadə olunur. Sahibkarlar bitkilərin arıların vasitəsilə mayalandırılmasının məhsuldarlığın da yüksək olmasına təkan verdiyini deyirlər. Qeyd edək ki, bir neçə gün öncə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev də nazirliyin pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilməsi barədə fikir də səsləndirib.