Qanunları pozanlar saxlanıldı

06 2018 11:21

Bərdədə sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd təşkil edilib. Reyd zamanı bir çox sürücünün qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Reyddə daha çox  şəhərdaxili marşurut xətti üzrə sərnişindaşıyan mikroavtobuslarda qanun pozuntularına rast gəlindi. Qaydalara əməl etməyən bəzi sürücülərsə yoxlamalardan yayınmağa çalışdılarReyd zamanı qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara da rast gəlindi. Sürücülərsə özləri haqqlı çıxardılar. Yevlax regional Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən onu da bildirdilər ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların ilk növbədə müqaviləsi olmalıdır. Əks halda bu fəaliyyət qeyri-qanunui hesab edilir.