Pedaqoji mühazirələrə start verildi

06 2018 11:27

2017-2018-ci illər “Ümumitəhsildə keyfiyyət ili” çərçivəsində keçirilən pedaqoji mühazirələrdə müəllimlərin təklifləri dinlənilir. Müəllimlər coğrafiya diyarşünaslıq mərkəzinin yaradılmasının vacibliyini önə çəkirlər. Pedaqoji mühazirələr 3 əsas istiqamətdə aparılır. Birinci bölmə məktəbin idarə olunması, təlimin təşkili və psixoloji xidmət, ikinci bölmə kurikulumun tətbiqi, müasir təlim texnologiyaları və metodiki xidmət, 3-cü bölmə isə tərbiyə işinin təşkili, uşaq birliyi təşkilatlarının rəhbələri və kitabxanaçıların fəaliyyətinə həsr edilib. Yevlax şəhər Təhsil Şöbəsindən verilən məlumata görə,  pedaqoji mühazirələrdə yaxşı nəticə göstərən müəllimlər respublika mərhələsində iştirak etmək hüququ qazanacaqlar.  Qeyd edək ki, Yevlaxda keçirilən pedaqoji mühazirələrin rayon mərhələsinə 59 müəllim cəlb edilib.