Könüllü gənclərin sayı artıb

06 2018 11:31

Gənclər arasında könüllülük prinsipi ilə fəaliyyət göstərməyə marağın artması beynləxalq layihələrin də hazırlanmasına öz müsbət təsirini göstərib. Təkcə yanvar ayı ərzində Mingəçevir Gənclər Evinə 30 nəfər könüllü fəal gənc müraciət edib. Elşad Aslanov Füzuli rayonundan Mingəçevirə gələrək Şəhər Gənclər Evinə könüllü olaraq çalışır. 23 yaşlı gənc gitara müəllimi fəaliyyət göstərir. Bu musiqi alətinin incəliklərini yeniyetmə və uşaqlara təmənnasız öyrədir. Hazırda indi onun 10 nəfər şagirdi var. Ruziyyə Mustafabəyli də könüllü fəallardandır. 22 yaşlı Mingəçevir sakini Şəhər Gənclər Evində könüllü kargüzarlıq işi ilə məşğuldur. Ruziyyə deyir ki, könüllülük fəaliyyəti 1 il davam edəcək. Lakin bu müddət başa çatdıqdan sonra yenə də gənclərlə birgə çalışmağı düşünür. Mingəçevir Gənclər Evinin metodisti Kamal Əhmədov deyir ki, gənclər arasında könüllülük fəaliyyəti ilə məşğul olmaq istəyənlər artıb. Nəticədə beynəlxalq əhəmiyyətli layihələrin də sayı çoxalıb. Layihəyə qoşulmaq üçün artıq 18 nəfər gənc də könüllü müraciət edib. Daha çox beynəlxalq layihənin hazırlanması üçün  Mingəçevir Gənclər Evinə Avropa gənclərinin də dəvət olunması üçün işlər görülür.