https://youtu.be/dpVQ9G81y0s

Uzunqulaq südü bahadır

06 2018 12:28

Uzunqulaq südünün 100 qramı 5 manatdır. Uzunqulaq südündən istifadə edənlər çoxalıb. Südünün qiyməti də digər heyvanların ağartısı ilə nisbətdə daha yüksəkdir. İstifadəçilər deyir ki, xalq təbabətində uzunqulaq südünün faydasının olmasından xəbərdardırlar. Elə ona görə də bu heyvanın südünü müəyyən xəstəlikləri müalicə etmək üçün alırlar. Verdikləri pula görə, faydasını da görürlər. Mütəxəssislər deyir ki, təkdırnaqlılardan olan uzunqulaqların südü protein, d3 vitamini, makro və mikroelementlər, zülallarla zəngindir. Hətta Türkiyədə bu heyvanın südündən pendir də hazırlanır. İmmunoqlabin xüsusiyyətlərinə malik olan uzunqulaq südü insanın immun sistemini gücləndirir. Bu da onun immun cisimlərlə daha çox zəngin olmasından irəli gəlir. Qeyd edək ki, uzunqulağın südü baha olsa bu heyvanın qiyməti 20-30 manat arasında dəyişir.