https://youtu.be/dpVQ9G81y0s

Yeniliklər var

06 2018 13:04

Fənn olimpiadalarının rayon mərhələsi keçirilib. Bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Hər il onlayn qaydada təşkil edilən informatika üzrə fənn olimpiadası da artıq, yeni qaydada, sual kitabçası üzərində keçirilir. Suallar isə Təhsil Nazirliyində yoxlanılacaq. Yeni qaydalara əsasən 4 səhv cavab bir düz cavabı siləcək. Yevlaxda fənnlər üzrə 9-11-ci sinif şagirdləri arasında təşkil edilən olimpiada da yeni qaydalar əsasında aparılıb. Olimpiadanın rayon mərhələsində 473 nəfər şagird öz biliyini sınayıb. Şagirdlərə sualları cavablandırmaq üçün fənnlərin özlərinin xüsusiyyətlərinə uyğun olaraq 90 və 180 dəqiqə vaxt verilib. Bilik mübarizəsinə ən güclülər səfərbər olunub. Rayon mərhələsində sonra qalib gələnləi yarımfinal məhələsi gözləyir. Yarımfinala Təhsil Nazirliyinin məsul işçiləri nəzarət edəcək. Yer tutanlar final mərhələsinə vəsiqə qazancaq. Finalda qalib gələnlər isə qızıl, gümüş və bürünc medallarla mükafatlandırılacaq.