https://youtu.be/dpVQ9G81y0s

150 tələbəyə müəyyən istiqamətlər üzrə bilgilər veriləcək

07 2018 19:05

Bu vaxtadək 1500-dək tələbənin iştirak etdiyi “Qış liderlik məktəbi” layihəsinə bu dəfə Mingəçevir şəhəri ev sahibliyi edəcək. Gənclərin bilik və bacaqırlarının inkişaf etdirilməsi, əməkdaşlıq qabiliyyətlərinin artırılması məqsədilə start götürən layihə fevralın 11-dək davam edəcək. Mingəçevirdə 150 tələbəyə 10-cu “Qış liderlik məktəbi”ndə  vaxtın idarə olunması, liderlik və təşkilati quruculuq, eyni zamanda komanda işinin təşkili öyrədiləcək. Layihəyə qatılmaq üçün ümumilikdə 2 minə yaxın tələbə müraciət edib. Onların arasından seçilən ən bacarıqlı və bilikli tələbələr qış məktəbinə cəlb olunublar. Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılovun sözlərinə görə “Qış liderlik məktəbi”nin iştirakçılarının layihə yazmaq bacarıqları təkmilləşdiriləcək. Onlara sosial məsuliyyətli layihələrdə aktiv iştirak etmək imkanları yaradılacaq. Tələbələr burada öz aralarında fikir mübadiləsi aparmaq, dostlaşmaq  və gələcək planlarını birlikdə müzakirə etmək imkanı qazanacaqlar. “Qış liderlik məktəbi”nə daxil olan 4 komandaya bayraqlar təqdim olundu. Layihənin sonunda qalib gələn komandanın üzvlərinə diplomlar təqdim olunacaq.