https://youtu.be/dpVQ9G81y0s

Qanunsuz sərnişindaşıma

07 2018 19:17

Son vaxtlar sərnişindaşıma zamanı insanlardan gediş haqqından əlavə pul alındığı iddia olunur. Qanunsuz şərnişindaşıma zamanı insanlardan gediş haqqından əlavə pul alındığını işçilər də təsdiqləyir. Bu, avtovağzal işçilərinin fəaliyyətinə də mane olur.  Avtovağzallarda isə respublikanın müxtəlif istiqamətləri üzrə hərəkət etmək üçün sərnişinlərdən bilet tələb olunur. Məsələn, gün ərzində Tərtərdən Bakı, Mingəçevir və Gəncə şəhərlərinə sərnişin daşınması həyata keçirilir.  Biletlərdən istifadə sərnişinlərin özləri üçün üçün də faydalıdır. Əgər qanunsuz sərnişin daşıyanlar Tərtərdən Bakıya bir nəfəri 7 manata aparırsa, bilet almaqla bu xərcə 1-2 manat qənaət etmək mümkündür.  Yevlax Regional Avtomobil Nəqliyyatı artıq qanunsuz sərnişindaşıyanlar barədə lazımi orqanlara rəsmi məlumat verilib.  Yol patrul xidmətinin əməkdaşları qanunsuz fəaliyyət göstərənləri qanunvericiliyin müvafiq tələblərinə uyğun cərimələyəcək.