Yırtıcılar heyvanlara hücum etdi

10 2018 11:45


Göyçay rayonunda xırdabuynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb. Nəticədə, təsərrüfatçıya ziyan dəyib. Yırtıcılar heyvanlardan bir neçə başını öldürüb. Göyçay rayonunun Yekəxana kənd sakini Səhrab Ağamalıyevin heyvanlarına hücum edən vəhşi heyvanlar 4 baş xıdrabuynuzlunu yaralayıblar. Baytarlar yaralı qoyunları nəzarətə götürüblər. Heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.  Kənd sakinlərinin sözlərinə görə, qış aylarında aktivləşən vəhşi heyvanlar insanları da narahat etməyə başlayıb. Sakinlər öz həyatları üçün təhlükənin olduğunu bildirirlər. Kənd sakinləri deyir ki, yırtıcılara qarşı hər hansı tədbirlər görülməzsə, təsərrüfatlara dəyən ziyan da çox ola bilər.