Bu binalar təmir olunacaq

10 2018 11:54


Tərtər rayonunun Qaradağlı kənd tam orta məktəbinin binası təmir olunacaq. Təmir işləri Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçiriləcək. Layihənin ümumi dəyəri 90 min 909 Amerika Birləşmiş Ştatları dollarıdır. Yaponiyanın ölkəmizdəki səfiri Katori Teruyukinin sözlərinə görə, bu Azərbaycan və Yaponiya hökumətlərinin qarşılıqlı əməkdaşlığı əsasında Tərtərda reallaşdırılan 3-cü layihədir. Bu ilin aprelində isəYevlax şəhər 2 saylı Uşaq baxçası binasının təmirinə start veriləcək. 120 yerlik uşaq baxçasının təmiri üçün isə 90 min 860 Birləşmiş Ştatlar dolları məbləğində vəsait ayrılıb. Katori Teruyuki onu da bildirdi ki, 25 ildən artıqdır Azərbaycan və Yaponiya hökumətləri arasında diplomatik müansibətlər uğurla inkişaf etdirilir.