Yun yerdə qalmayacaq

13 2018 11:56

Uzun illərdir ki, qoyunçuluqla məşğul olan fermerlər yunu satmaqda çətinlik çəkirlər. Hətta bəzi təsərrüfatçılar yunu sata bilmədiklərindən yandırıblar. Fermlərin sözlərinə görə qoyun qrıxımı bir il ərzində iki dəfə aparılmalıdır. Lakin yunun alıcısı olmadığından qırxım işi bir dəfə həyata keçirilir. Nəticədə üzərində yun qalan heyvanlar arasında bir sıra xəstəliklərin yayılaması qaçılmaz olur. Çəki azalır, balavermə qabiliyyəti zəifləyir. Fermerlər deyir ki, bu hal 2-3 il də davam edərsə, qoyunçuluğun inkişafı geri qala bilər. Lakin Sabirabad Sənaye Məhəlləsində yunun tədarük olunmasının nəzərə tutulması təsərrüfatçıları narahatlığına son qoyacaq. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı müvafiq tədbirlər görülür. Məhəllədə tikinti işlərinin birinci mərhələsinin 2018-ci ilin iyul ayında başa çatdırılaraq sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.