Hava şəraiti gəmiriciləri aktivləşdirib

13 2018 12:10

Hava şəraiti mülayim davam edərsə, zərərvericilər daha da artaraq məhsuldarlığa mənfi təsir göstərə bilər. Kürdəmirdəki əkin sahələrində siçanabənzər gəmiricilər çoxalıb. Təsərrüfatçılar bildirir ki, əkin sahələrində bu zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri də effekt vermir. Ancaq bir çıxış yolu qalır-qarın yağması və havanın daha çox soyuması. Kürdəmir Rayon Bitki Mühafizə Mərkəzindən də siçanabənzər gəmiricilərin artdığı təsdiqlənir. Təsərrüfatçılar deyir ki, əgər hava şəraiti belə davam edərsə, gəmiricilərin artması fonunda məhsudarlıq aşağı düşə bilər.