Siqaretdən istifadə edənlərin sayı artıb

13 2018 14:20

İqtisadçılar deyir ki, siqaret istifadəçilərinin sayının artması idxala əsaslanan bu məhsul üçün hər il ölkədən külli miqdarda xarici valyutanın çıxmasına səbəb olur. Çıxış yolu ölkədə siqaret istehsalı fabrikinin fəaliyyətə başlamasıdır. Nəticədə, siqaretin ixracından ölkəyə daha çox xarici valyuta gətirmək olar. Ölkəmizdə bu məhsulun xammal bazasını da formalaşdırmaq mümkündür. Ölkədə siqaret çəkənlərin sayının artması fonunda ciblərə də ziyan dəyir. Məhsulun satış qiymətindən asılı olaraq bu ziyanın miqdarı dəyişir. Əsas istifadəçilər isə qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlərə üstünlük verir. Siqaretdən istifadə etməyənlər bu məhsula xərclənən pulu faydalı istiqamətlərə yönləndirməyi daha məqsədəuyğun hesab edirlər. Ümumiyyətlə, siqaretdən istifadə məsləhət bilinmir. Təxmini hesablamalara görə, siqaret istifadəçisi olan bir nəfər il ərzində 547 və ya 730 manatını itirir. Bu isə orta hesabla 10 ildə 5-7 min manat arası vəsait deməkdir.